“Ukrayna Prezidenti Vladimir Zelenski ilə çox yaxşı telefon danışığını indicə tamamladıq”.
Sizinxeber.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “ Truth Social” hesabında yazıb.
O bildirib ki, telefon danışığı təxminən bir saat davam edib: “Müzakirənin çox hissəsi həm Rusiyanı, həm də Ukraynanı öz istək və ehtiyacları baxımından uyğunlaşdırmaq üçün dünən prezident Putinlə edilən çağırışa əsaslanırdı”.