“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin cari rəhbərliyi həyata keçirmək üçün 3 üzvdən Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədri və onun iki müavinindən ibarət İdarə Heyəti yaradılacaq.

Sizinxeber.az-nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Nazirlər Kabineti Cəmiyyətin nizamnaməsini və strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etməlidir.