ABŞ-nin Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 53-ə çatıb, azı 98 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə husilərin hökumətindəki nümayəndəsi Anis əl-Əsbahi məlumat verib.

“ABŞ-nin martın 15-də mülki şəxslərə endirdiyi zərbələr nəticəsində 53 nəfər ölüb, daha 98 nəfər yaralanıb”, - Anis əl-Əsbahi qeyd edib.

Husilərin təyin etdiyi səlahiyyətlilər, həlak olanların hamısının mülki vətəndaşlar olduğunu bildirir.