Yevlaxda qətl hadisəsi baş verib.

Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, hadisə Yevlax şəhəri ərazisində qeydə alınıb. Tərəflər arasında yaranmış mübahisə davaya səbəb olub. Nəticədə 2008-ci il təvəllüdlü Ayxan Quliyev bıçaqlanaraq öldürülüb. 2007-ci il təvəllüdlü Əli Zülfüqarlı isə xəsarətlər alıb. Xəsarət alan şəxs Yevlax mərkəzi xəstəxanasına çatdırılıb.

Hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü Mustafalı Həsən polis əməkdaşları tərəfindən saxlanılıb.

Fakt araşdırılır.