Polşa Prezidenti Andjey Duda NATO-ya alyansın iyun ayında Haaqada keçiriləcək sammitində üzv ölkələrin müdafiə xərclərinin aşağı limitinin Ümum Daxili Məhsulun (ÜDM) 3 %-nə qədər qaldırmaq imkanını nəzərdən keçirməyi təklif edib.

"Sizinxeber.az"un xəbərinə görə, o bunu Brüsseldə NATO-nun baş katibi Mark Rutte  ilə keçirdiyi mətbuat konfransından sonra deyib.

"Mən NATO-nun baş katibinə yazılı müraciət etmişəm ki, Haaqa sammitində müdafiə xərclərinin artırılması məsələsini qaldırsın. Beləliklə, Alyans daxilində qərar qəbul edilsin ki, ən azı 3 %, bəlkə də daha çox - müdafiə üçün nəzərdə tutulsun"-  A.Duda qeyd edib.