Kreml Volodimir Zelenskinin danışıqlar masası arxasına əyləşməyə hazır olduğunu müsbət qiymətləndirir, lakin onun Moskva ilə danışıqlara qadağa qoymasında bir nüans var.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bugünki brifinqində bildirib.

Kremlin sözçüsü rəsmi Moskvanın bunu müsbət qiymətləndirdiyini söyləyib: "Məsələ kiminlə oturmaqdır. Hələlik Ukrayna prezidentinin Rusiya tərəfi ilə danışıqlar aparmasına qanuni qadağa qüvvədə qalır. Ona görə də ümumi yanaşma müsbətdir, lakin nüanslar hələ dəyişməyib", - Peskov vurğulayıb.

Qeyd edək ki, 2022-ci il oktyabrın 4-də Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya Prezidenti Vladimir Putinlə danışıqların mümkünsüzlüyü barədə qərarını imzalayıb.