İranın müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, görüşdə ikitərəfli münasibətlər müzakirə edilib.

Türkiyə XİN-in sözçüsü Öncü Keçeli bəzi İran rəsmilərinin Türkiyəyə qarşı irəli sürdüyü iddiaların da görüş zamanı gündəmə gətirildiyini bildirib.