Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta Londona səfər edib.

Sizinxeber.az-nın xəbərinə görə, bu barədə Antonio Kosta X-da paylaşım edib.

İngiltərə Baş naziri Kir Starmerin ev sahibliyi etdiyi zirvəyə qatılacağını bildirən Avropa İttifaqı Şurasının Prezidenti məqsədlərinin Avropanın müdafiəsini gücləndirmək və Ukraynada davamlı sülh üçün şərait yaratmaq olduğunu vurğulayıb.