Ukrayna tək deyil. Almaniya Avropadakı müttəfiqlərimizlə birlikdə Ukraynanın yanındadır və Rusiyanın təcavüzünə qarşıdır.

Sizinxeber.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Tramp-Zelenski görüşünü şərh edərkən bildirib.

“Ukrayna Almaniyanın, Avropanın və digər ölkələrin sarsılmaz dəstəyinə arxalana bilər”, - nazir “X” hesabında qeyd edib.