Ağsu rayonunda "Land Rover" markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşıb.

Fövqəladə Hallar Nazirliyindən Sizinxeber.az-ya verilən xəbərə görə, Ağsu rayonunda "Land Rover" markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.