Ən qısa müddət ərzində kredit əsaslı və strukturlaşdırılmış doktorantura pilləsi hazırlanmalıdır.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.

O qeyd edib ki, ikipilləli doktorantura proqramlarının mahiyyəti kökündən dəyişməlidir: “Son iki il ərzində ali təhsil müəssisələrinin reytinqlərdə irəliləməsi isə müsbət haldır. Amma Azərbaycan elmi dünya ilə müqayisədə hələ çox kiçikdir”.