Beyləqanda odlu silahdan atəş açaraq intihar edən şəxs barədə bəzi təfərrüatlar məlum olub.

Sizinxeber.az-nın yerli bürosunun əldə etdiyi məlumata görə, M.Bayramov Bakı şəhərində yaşayırmış.

O, Beyləqana qardaşının evinə qonaq gəlibmiş. Ailəli olub, iki övladı var.

Qeyd edək ki, rayon sakini, 1988-ci il təvəllüdlü Murad Bayramov odlu silahdan atəş açaraq özünü öldürüb.

***

14:55

Beyləqanda güllələnmə hadisəsi baş verib.

Sizinxeber.az-nın yerli müxbirinin məlumatına görə, rayon sakini, 1988-ci il təvəllüdlü Murad Bayramov odlu silahdan atəş açaraq özünü öldürüb.

İntihar edən şəxsin Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində çalışdığı, bir qədər əvvəl işdən çıxdığı bildirilir.

Fakt araşdırılır.