Ermənistan parlamenti Avropa İttifaqına daxil olmaq haqqında qanun layihəsini ilk oxunuşda qəbul edib.

APA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Qanun layihəsinin lehinə 63 deputat, əleyhinə isə 7 deputat səs verib.

Robert Koçaryanın fraksiyası isə səsvermədə iştirakdan imtina edib.

Qeyd edək ki, Ermənistan hökuməti müvafiq sənədi yanvarın 9-da təsdiqləyib. Bundan sonra isə Ermənistan parlamentinin komitəsi Aİ-yə üzvlük prosesi ilə bağlı qanun layihəsini təsdiq edib.