Misli Premyer Liqasında komanda sayı artırılır.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə AFFA İcraiyyə Komitəsində qərar çıxarılıb.

İclasda Misli Premyer Liqasında klub sayının artırılması məsələsi müzakirə olunub.

2025/2026-cı illər mövsümündən komanda sayının 10-dan 12-yə artırılması qərara alınıb.

Çempionatın əsasnaməsi və formatı İcraiyyə Komitəsinin növbəti toplantısında müzakirə ediləcək.