Kanzas senatoru Rocer Marşall Vaşinqtonda baş verən təyyarə qəzasında 60 nəfərin öldüyünü güman edir.

“Report” xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb.

Qeyd edək ki, Vaşinqtonda hərbi helikopterlə sərnişin təyyarəsinin toqquşması nəticəsində 19 nəfər həlak olub.

Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirən təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Qəzadan sonra təyyarə Potomak çayına düşüb. Hazırda faciə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.