Azərbaycan Karate Federasiyası (AKF) "Report" İnformasiya Agentliyini mükafatlandırıb.

Mükafat "Report"a AKF-nin idman tədbirlərinin işıqlandırılması və karatenin təbliği, təşviqi sahəsində göstərdiyi dəstəyə görə verilib.

Mükafatı "Report" İnformasiya Agentliyinin İdman şöbəsinin redaktoru Kənan Həsənova qurumun prezidenti Ülvi Quliyev təqdim edib.