İspaniya millisi baş məşqçisi Luis de la Fuente ilə müqavilə müddətini artırıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyası məlumat yayıb.

63 yaşlı mütəxəssis yığma ilə 2028-ci ilə qədər yeni sözləşmə imzalayıb.

Qeyd edək ki, Luis de la Fuente 2022-ci ildən İspaniya millisini çalışdırır. Onun rəhbərliyi altında komanda 2024-cü il Avropa çempionatının qalibi olub.