Gəncədə ağır yol qəzasında bir ailənin dörd üzvü xəsarət alıb.

“Sizinxeber.az”un Qərb bürosunun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü E.İsmayılovun idarə etdiyi “VAZ-21011” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Nəticədə sürücü və onun həyat yoldaşı, 1996-ci il təvəllüdlü N.Tanrıverdiyeva, övladları, 2008-ci il təvəllüdlü S.İsmayılov, həmçinin 2023-cü il təvəllüdlü D.İ xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar. Onlardan E.İsmayılovun vəziyyəti ağır, digərlərinin orta-ağır və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.