İran Prezidenti Məsud Pezeşkian Rusiya Prezidenti Vladimir Putinlə Cənubi Qafqaz və Əfqanıstandakı vəziyyəti müzakirə edib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, Pezeşkian bunu Rusiya-İran danışıqlarının yekunlarına dair mətbuat konfransında deyib.

"Biz Cənubi Qafqaz, Suriya, Yaxın Şərq və Əfqanıstanda əməkdaşlıq məsələlərini və istiqamətlərini müzakirə etdik", - o bildirib.