İsrail Təhlükəsizlik Kabineti Qəzza razılaşmasını təsdiqləmək üçün toplanacaq.

Bu barədə "Sizinxeber.az" İsrailin "Kan" dövlət teleradio şirkətinə istinadən xəbər verir.

Qeyd edilir ki, kabinetin toplantısı yanvarın 16-da səhər saatlarında baş tutacaq.

Bundan əvvəl "Əl-Qahira Əl-İxbariya" telekanalı mənbələrə istinadən məlumat yayıb ki, Qəzza zolağında atəşkəs razılaşması əldə olunub.

Məlumata görə, razılaşma vasitəçilərin bir neçə saatlıq gərgin fəaliyyətindən sonra bağlanıb.