Cənubi Koreyanın cənub-qərb sahilində 22 nəfəri daşıyan balıqçı gəmisi qayalara çırpılıb, 3 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

Bildirilib ki, digər 19 nəfər xilas edilib, onların həyatı üçün heç bir təhlükə yoxdur.