“Sportinq” Lissabon derbisində prinsipial rəqibi “Benfika”nı 1:0 hesabı ilə yenib.

“Report” xəbər verir ki, Portuqaliya çempionatının 16-cı turu çərçivəsində keçirilmiş matç paytaxtdakı “Xose Alvalade” stadionunda baş tutub.

Yeganə qolu 29-cu dəqiqədə Jeni Katamu vurub.

Bu matçdan sonra “Sportinq” 40 xal toplayaraq turnir cədvəlində birinci pilləyə yüksəlib. “Benfika” 38 xalla üçüncü yerdədir.