Sabah Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsinin bir hissəsinə axşam saatlarına qədər suyun verilməsində fasilə yaranacaq.

Bu barədə "Sizinxeber.az-Economics"ə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

Məlumata görə, fasiləyə səbəb su xəttində təmir-bərpa işlərinin aparılmasıdır.