"Matəmlə əlaqədar televiziyaların proqramında dəyişiklik ediləcək".

Bu barədə APA-nın sorğusuna cavab olaraq Audiovizual Şuradan məlumat verilib.

Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.