Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı cinayət işi Qazaxıstan Baş Prokurorluğunun xüsusi nəzarətindədir.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri Baş Prokurorluğa istinadən məlumat yayıb.

Bildirilib ki, hava gəmisinin qəzasının hallarının araşdırılması üçün idarələrarası istintaq-əməliyyat qrupu yaradılıb.

Xüsusi prokurorların rəhbərliyi altında qrupa nəqliyyat prokurorluğu, DİN və FHN əməkdaşları daxildir.

Baş nəqliyyat prokuroru hökumət komissiyasının tərkibində hadisə yerinə göndərilib.

13:23

Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğramasının səbəblərinin təhqiqatına başlanılıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin, nəqliyyat polisi və prokurorluğun nümayəndələri gəlib.

Səbəblərin müəyyənləşdirilməsi davam edir, Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 344-cü maddəsi ("Ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olan nəqliyyat vasitəsinin istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması") üzrə məhkəməyə qədər təhqiqata başlanılıb.