Naxçıvan Muxtar Respublikasının müxtəlif muzeylərindən eksponatlar Bakıya gətirilib.

"Sizinxeber.az"un məlumatına görə, bunu muxtar respublikanın mədəniyyət naziri vəzifəsini icra edən, nazir müavini Həsən Seyidov "Naxçıvan-100” xalçasının təqdimat mərasimi çərçivəsində keçirilən sərgiyə baxış zamanı deyib.

O, eksponatların üç əsrə yaxın tarixi olduğunu söyləyib:

"Burada müxtəlif əsrlərdə toxunan əl işləri var. Sərgidə xalçalarla yanaşı, qızıl-zinət əşyalarını da görmək mümkündür".

Qeyd edək ki, tədbirlər Naxçıvan Muxtar Respublikasının yüz illik yubileyi münasibətilə keçirilir.