Gəncədə yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Natəvan qəsəbəsində qeydə alınıb. Qəsəbədə olan fərdi yaşayış evində yanğın olub.
Hadisə yerindən 1947-ci il təvəllüdlü Tatyana Naydyonovanın yanmış meyiti tapılıb.