"Təcili Tibbi Yardım maşınlarının avtobus zolaqlarına daxil olması ilə bağlı Daxili İşlər Nazirliyi və Dövlət Yol polisi ilə razılaşmalar əldə etmişik".

Sizinxeber.az xəbər verir ki, bunu Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair keçirdiyi mətbuat konfransında deyib.

"Amma təcili yardım maşınlarının bu zolaqlara girməsinə vətəndaşlar yol verməlidirlər", - deyə o qeyd edib.