Biləsuvarda həyətdə 39 yaşlı kişi meyiti aşkarlanıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Biləsuvar rayon sakini 1985-ci il təvəllüdlü A.Nəhmədovun meyiti yaşadığı evin həyətində tapılıb.
Onun intihar etdiyi bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.