Qazaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, Qazax şəhərində yerləşən yanacaqdoldurma məntəqələrinin birinin yaxınlığında qeydə alınıb.
Qazax rayon sakini, 1981-ci il təvəllüdlü Rövşən Eyvaz oğlu Nəbiyevi avtomobil vurub.
O, ağır xəsarətlərlə Qazax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lakin göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.