Britaniyanın Gürcüstandakı səfiri Qaret Uord ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“Report” Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, XİN-dəki görüşdən əvvəl Uord KİV üçün şərh verməkdən imtina edib.

"Gürcüstan Xarici İşlər Nazirliyində Britaniyanın ölkədəki səfiri Qaret Uordla görüş keçirilir. Səfirin XİN-ə çağırılması Britaniyanın sanksiyalar tətbiq etməsi ilə bağlıdır", - Gürcüstanın "Birinci kanal"ı məlumat verib.

Qeyd edək ki, ötən gün Britaniya daxili işlər naziri Vaxtanq Qomelauri də daxil olmaqla bəzi yüksək vəzifəli Gürcüstan məmurlarına qarşı sanksiyalar tətbiq edib.