Ucarda qadın yıxılaraq ölüb.

"Sizinxeber.az"un xəbərinə görə, hadisə şəhərin Oğuz küçəsində qeydə alınıb.

1959-cu il təvəllüdlü, Quliyeva Gülarəxanım Abbas qızı yaşadığı evdə öz ehtiyatsızlığından yıxılaraq aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq qadın ölüb.

Araşdırma aparılır.