Almaniya diplomatları bu gün Suriyanın müvəqqəti hökuməti ilə danışıqlar aparacaq.

APA “DW”ya istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Dəməşqdə Heyət Təhrir Əş-Şamın nümayəndələri ilə danışıqlar aparılacaq.

Danışıqlarda Suriya üçün keçid prosesi və azlıqların müdafiəsi müzakirə olunacaq.