ABŞ yaxın həftələrdə Gürcüstana qarşı əlavə sanksiyalar tətbiq etmək niyyətindədir.

Sizinxeber.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

O xatırladıb ki, ötən həftə ABŞ administrasiyası Gürcüstanda yüksək ranqlı məmurlar və parlament üzvləri də daxil olmaqla 20-yə yaxın şəxsə demokratik normaları pozduğuna görə viza məhdudiyyəti tətbiq edib.

"Yaxın həftələrdə görməyə hazır olduğumuz başqa tədbirlər də davam edəcək", - deyə Miller bildirib.