Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili müəyyən aktorların gürcü xalqının demokratik seçiminə kölgə salmasından narahatlığını ifadə edib.

"Report" xəbər verir ki, bu barədə nazir Macarıstanda səfərdə olarkən deyib.

O bildirib ki, müəyyən aktorların beynəlxalq müşahidə missiyalarına, onların müstəqil fəaliyyətlərinə təsir etmək üçün göstərdikləri böyük təzyiqlər narahatedicidir:

“Bütün bunlar beynəlxalq institutların reputasiyasına xələl gətirir və eyni zamanda, demokratiyanın inkişafına ciddi təhlükə yaradır”.