UEFA Çempionlar Liqasında növbəti mərhələ şansını itirən daha iki komanda müəyyənləşib.

"Sizinxeber.az"un məlumatına görə, bu, Liqa mərhələsinin VI turunun oyunlarından sonra bəlli olub.

İspaniyada "Atletiko"ya 1:3 hesabı ilə uduzan Slovakiyanın "Slovan" klubu və Almaniyada “Ştutqart”a 1:5 hesabı ilə yenilən İsveçrənin "Yanq Boys” kollektivi Liqa mərhələsi ilə vidalaşıb.

Bütün görüşlərdə uduzan komandalar müvafiq olaraq 35 və 36-cı pillələrdə qərarlaşıblar.

Qeyd edək ki, daha əvvəl Almaniyanın "Leyptsiq" klubu növbəti mərhələ şansını itirib.