Belarus Xarici İşlər Nazirliyi Polşanın Minskdəki müvəqqəti işlər vəkili Kşiştof Ojanneyə rəsmi nota təqdim edib.

Bu barədə “Sizinxeber.az” BelTA dövlət agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bu gün Belarus XİN-ə çağırılan Polşanın müvəqqəti işlər vəkilinə rəsmi nota təqdim edilib.

Daha əvvəl yerli KİV-lər Polşa xüsusi xidmət orqanlarının Moldovadakı Belarus diplomatını 100 min avro müqabilində ələ almağa çalışdığını bildirmişdi.