Avropanın bir sıra ölkələrinin xarici işlər nazirləri sabah Berlində keçiriləcək görüşdə Suriyadakı vəziyyəti və Ukraynada baş verən hadisələri müzakirə edəcəklər.

“Report” xəbər verir ki, bunu Berlində keçirilən brifinqdə Almaniya XİN-in nümayəndəsi bildirib.

"Son bir neçə gün ərzində Suriyada baş verən dramatik hadisələri nəzərə alaraq, ikinci vacib mövzunun olması, yəni Suriyada cari hadisələr və onların regiona və Avropaya təsiri sizi təəccübləndirməyəcək", - Almaniya XİN nümayəndəsi bildirib.

Onun sözlərinə görə, görüşdə daha bir mövzunun Ukraynadakı vəziyyətlə bağlı olacağı gözlənilir.

Qeyd edək ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok dekabrın 12-də Berlində danışıqların aparılması üçün Fransa, Polşa, İtaliya, Böyük Britaniya, eləcə də Ukraynadan olan həmkarlarını və Aİ nümayəndəsini qəbul etməyi planlaşdırır.