Kanada parlamentinin İcmalar Palatası Baş nazir Castin Trüdonun hökumətinə etimadsızlıq səsverməsinin keçirilməsi təşəbbüsünü dəstəkləməyib.

Sizinxeber.az xəbər verir ki, təşəbbüsü İcmalar Palatasının 152 üzvü dəstəkləyib, 180-i isə əleyhinə çıxıb.

Qeyd edək ki, “Ipsos” şirkətinin keçirdiyi sorğuya əsasən ölkə sakinlərinin üçdə ikisindən çoxu Kanadanın Baş naziri Castin Trüdonun istefasını istəyir.