Koreya Respublikası Milli Assambleyasında çoxluq təşkil edən Toburo Demokratik Partiyası dekabrın 7-də prezidentin impiçmenti ilə bağlı təklifi səsverməyə çıxarmaq niyyətindədir.

Sizinxeber.az xəbər verir ki, bu barədə Koreya Respublikasının Yonhap agentliyi məlumat yayıb.

“Dekabrın 7-də saat 19.00 radələrində impiçment üzrə səsvermənin keçirilməsi ilə bağlı qərar qəbul olunub”, - deyə partiyadan bildirilib.

Təşəbbüs təsdiqlənəcəyi təqdirdə, işə Konstitusiya Məhkəməsi baxacaq.