Sabirabadda bədbəxt hadisə baş verib.

“Sizinxeber.az”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Sarxanbəyli kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 1956-cı il təvəllüdlü Vəliyev Rafiq Balabəy oğlu həyətdə elektrik mişarı ilə odun doğrayarkən ehtiyatsızlıqdan sol ayağını kəsib.

R.Vəliyev Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.