Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.

Sizinxeber.az-nın yerli bürosunun xəbərinə görə, hadisə Zərdab-Kürdəmir avtomobil yolunda qeydə alınıb.

"Mercedes" markalı minik avtomobili ilə motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü Tahir Abdullayev hadisə yerində ölüb.

Fakt araşdırılır.