Müasir beşnövçülük (pentatlon) üzrə ikiqat dünya çempionu Eduard Sdobnikov vəfat edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Rusiya Müasir Pentatlon Federasiyası məlumat yayıb.

Keçmiş idmançının 87 yaşında öldüyü bildirilib.

SSRİ-nin Əməkdar idman ustası 1962-ci ildə Meksikada fərdi və komanda yarışlarında qızıl medal qazanıb. O, həm də ikiqat SSRİ çempionudur.