İranın Sistan və Bəlucistan əyalətində silahlı hücum nəticəsində İnqilab Keşikçiləri Qvradiyasının (Sepah) “Bəsic” yarımkönüllü silahlı dəstəsinin beş üzvü ölüb.

“Sizinxeber.az” İRNA-ya istinadən xəbər verir ki, bu barədə Sepahın yaydığı açıqlamada bildirilib.

Açıqlamaya əsasən, hadisə əyalətin Saravan şəhərinin Sirkan rayonunda baş verib.

Vurğulanıb ki, noyabrın 8-də Sistan və Bəlucistan əyalətinin Rasak şəhərinin Firuzabad rayonunda “Ceyşül Ədl” silahlı qruplaşmasının Sistan və Bəlucistan əyalətinin Rasak şəhərinin Firuzabad rayonuna hücumu nəticəsində yaralanmış Sepahın mayoru Səid Pərvinnejad noyabrın 10-da gecə saatlarında ölüb.