Polşanın Baş naziri Donald Tusk əməliyyat olunub.

“Report”un məlumatına görə, bu barədə Polşanın Hökumət İnformasiya Mərkəzi məlumat yayıb.

“Baş nazir Donald Tusk planlaşdırılmış tibbi əməliyyat keçirib. O, noyabrın 13-ü çərşənbə günü rəsmi vəzifəsinə qayıdacaq”, - deyə mərkəzin açıqlamasında bildirilir.

Əməliyyat barədə təfərrüatlar açıqlanmayıb.