Zaqatalada güclü külək beşmərtəbəli çoxmənzilli binanın dam örtüyünü uçurub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, bu gün günortadan başlayaraq şimal-qərb bölgəsində küləkli hava şəraiti hökm sürür.

Zaqatala şəhəri Vasif Qurbanov küçəsində 5 mərtəbəli çoxmənzilli yaşayış binasının dam örtüyünün bir hissəsini güclü külək yerə atıb. Külək nəticəsində rayonun bır-sıra ərazilərində irigövdəli ağaclar yıxılıb, budaqlar qırılıb.

Qırılan ağac budaqları ərazidən keçən elektrik naqillərini qırıb. Rayonun bir sıra ərazilərində elektrik naqillərində qısaqapanmalar var. Bu səbəbdən rayon mərkəzinin və ətraf kəndlərinin bəzi hissəslərində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Günorta saatlarından müvafiq qurumlar və Zaqatala Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşları fəsadların baş verdiyi ərazilərə cəlb edilib, fəsadların aradan qaldırılması istiqamətində işlər aparır.