Səudiyyə Ərəbistanının "Əl-Hilal" futbol klubu klublararası dünya çempionatından əvvəl "Liverpul"un hücumçusu Məhəmməd Salahı heyətinə qatmaq niyyətindədir.

Bu barədə “Sizinxeber.az” xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, klubda Salahın gələn ilin yayında FİFA-nın klublararası dünya çempionatının başlamasından əvvəl müqavilə imzalamasını istəyən maraqlı şəxslər var.

Qeyd edilir ki, nəzəri cəhətdən onlar Salahla 1-10 iyunda müqavilə imzalamağa cəhd edə bilərlər. Bu o deməkdir ki, komanda onu təkcə Səudiyyə Ərəbistanının liqası deyil, həm də Klublararası Dünya Çempionatı üçün nəzərdə tutur.

Xatırladaq ki, Salah 2017-ci ildən "Liverpul"da çıxış edir. Futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2025-ci ilə qədərdir. Salah bu mövsüm İngiltərə çempionatının "Liverpul"un heyətində üç oyun keçirib, bir qol vurub, iki məhsuldar ötürmə edib. “Transfermarkt” internet portalı oyunçunun dəyərini 65 milyon avro qiymətləndirir.