Yeni Zelandiyanın paytaxtı Vellinqtonun yaxınlığında 4,9 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə dövlət geoloji xidməti məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri paytaxtdan 80 km qərbdə – Pikton qəsəbəsinin yaxınlığında yerləşib. Zəlzələnin ocağı 35 km dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.