Tovuz rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, rayonda toy mərasimindən qayıdan şəxslər avtomobil qəzasına uğrayıblar.

Hadisə zamanı azı 4 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.