Türkiyə yerləşdiyi regionda sabitliyin qorunması üçün səylə çalışır.

“Report” xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Niğde şəhərində çıxışı zamanı deyib.

O bildirib ki, bəzi qüvvələr Türkiyənin güclənməsindən narahatdır: “Türkiyənin Aviasiya və Kosmik Sənaye Şirkətinə (TUSAŞ) hücum da bunu təsdiqlədi”.

Nazir qeyd edib ki, Türkiyə bütün sahələrdə imkanlarını artırmağa, güclənməyə davam edəcək.